“EvilQuest” virusu “macOS” sistemində faylları şifrləyir
"Malwarebytes" şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri "macOS" üçün faylları şifrləyən və əməliyyat sistemində çoxlu problemlər yaradan "EvilQuest" adlı yeni zərərli proqram təminatı aşkarlayıblar.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, zərərli kod "Little Snitch" əlavəsinin pirat surətində aşkarlanıb. Orijinal versiyadan fərqli olaraq müdaxiləyə məruz qalan mobil əlavə "PKOS" video quraşdırıcısına "macOS" əməliyyat sisteminə zərərli proqramı tətbiq edən xüsusi skript vasitəsilə göndərilir. Senari faylı "Little Snitch" əlavəsinə bağlı olan "/Library/LittleSnitchd/CrashReporter" qovluğuna köçürüldüyündən istifadəçi onun aktiv olmasını görə bilmir.
Bir müddət sonra sistem və istifadəçi fayllarını şifrləyən fırıldaqçı proqram aktivləşir. Bu səbəbdən "Finder" sistem fayl menecerinin işi dayandırılır, sistem isə fasiləsiz yenidən başladılır.
Daha sonra ekranda istifadəçi fayllarının bərpası üçün 50 dollar ödənişin edilməsini tələb edən bildiriş görünməyə başlayır. Ödəniş edilmədiyi halda bütün məlumatlar bildiriş göründükdən üç gün sonra silinir.
Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən zərərli proqram təminatı faylları şifrlədikdən sonra onun aradan qaldırılması üsulu hələ ki aşkarlanmayıb. Bu səbəbdən istifadəçilərə kənar daşıyıcılarda bütün məlumatların ehtiyat surətlərinin mütəmadi yaradılması tövsiyə olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.