Müğənni Cennifer Lopes və sevgilisi Aleks Rodriges ABŞ-ın qərb sahillərində yeni villa alıblar.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı sənətçi və 44 yaşlı sevgilisinin yeni evi 204 kvadratmetrlik ərazidə yerləşir. Kaliforniya ştatı yaxınlığında yerləşən villaya cütlük 1,4 milyon dollar ödəyib.
Villada 3 yataq, 2 vanna, mətbəx, istirahət üçün böyük eyvan, iş otağı var. Yaxınları villanın ailə üçün kiçik olduğunu, onu başqa bir yaxınlarına aldığını bildiriblər.
Qeyd edək ki, CeyLo və Rodiges Bel-Eyr rayonunda böyük villası var. Onlar 2017-ci ildən orada yaşayırlar. Bundan əlavə sevgililər birlikdə bir neçə mənzilə sahibdilər. Onlardan biri və fərqlisi Floridada yerləşir. Lopes 2011-ci ildə də bir villa almış və ona 18 milyon dollar ödəmişdi. 2017-ci ildə Manhettendə aldığı digər bir evə isə 27 milyon dollar verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.