İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilir.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak edir.
Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.