"Qarabağ" klubu futbolçusu Miçel Madeyra ilə yollarını ayırıb.
Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.
35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Miçel Madeyra 2015-ci ildən "Qarabağ"da çıxış edirdi. Onun sözləşməsi 2021-ci ilin yayında başa çatmalı idi.


