Döyüşə getmək üçün 4 gündə Müdafiə Nazirliyinə 7 min müraciət daxil olub
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş edirlər.
Nazirlikdən Musavat.com-a bildirilib ki, iyulun 13-dən 17-dək Müdafiə Nazirliyinə bu mövzuda 7000-ə yaxın müraciət daxil olub:
"Müdafiə Nazirliyi bütün xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir.
İyulun 16-da keçirilən Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hərbi xidmətə cəlb olunmaq arzusunda olan vətəndaşlar öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər. Bildiririk ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribat və hücumunun qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır.
Vətənpərvərlik və həmrəyliyinizə görə çox Sağ olun!".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.