banner
banner

Dünya

Hindistanda daşqınlar nəticəsində 100 nəfər ölüb

Hindistanda daşqınlar nəticəsində 100 nəfər ölüb

Hindistanda daşqınlar zamanı azı 100 sakin həlak olub, təbii hadisədən ən çox şimal-şərq Assam ştatı zərər çəkib.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi “Daily Pioneer” qəzeti bildirib.

Assamın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin məlumatına görə, leysan musson yağışları nəticəsində Brahmaputra çayının daşması zamanı ölənlərin sayı 85 nəfərə çatıb. Ştatın 33 dairəsinin 25-nin 3 min kəndi su axını ilə məhv olub.

Hakimiyyət orqanları müvəqqəti düşərgə yaradıb və fəlakət rayonlarından yüz minlərlə insanı həmin yerlərə təxliyə edilib.

"Arası kəsilməyən yağışlara görə Brahmaputrada suyun səviyyəsi yüksəlməyə davam edir. Vəziyyət kritik olaraq qalır", deyə, - Assamın Su Resursları naziri Keşat Mahanda bildirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.