“Tək daş üzüyümü satdırıb" - Məşhur cütlük boşanır
“Çok güzel haraketler bunlar” verilişində tanış olaraq evlənən aktyor Bülent Emrah Parlak ilə aktrisa Burcu Gönder 5 illik evliliklərini bitirmək qərarına gəliblər.
Axşam.az xəbər verir ki, iki həftə öncə B. Gönder məhkəməyə müraciət edərək uzaqlaşdırılma qərarının alınmasını tələb etmişdi.
O, ərizəsində mütəmadi olaraq tənqid və təhqir olunduğunu eyni zamanda aktyorun ona maddi təzyiq göstərdiyini də bildirib:
“Tək daş üzüyümü belə satdırıb, pulunu alıb. Sinir sistemində problemlərinin olduğunu yaxınları da bilir. Bu səbəbdən boşanma ərəfəsində uzaqlaşdırılma qərarının alınmasını tələb edirəm”.
Məhkəmə 1 ay uzaqlaşdırma qərarı aldıqdan sonra B.Gönder ötən gün həmin qərarın ləğv olunmasını istəyib. O, bu vaxt ərzində hər hansı bir təzyiqlə qarşılaşmadığını deyib.
Qeyd edək ki, cütlüyün Lisa adlı bir qız övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.