“Hercai” serialında “Miran” obrazını canlandıran aktyor Akın Akınözün sosial şəbəkədəki paylaşımı müzakirələr yaradıb.
Axşam.az xəbər verir ki, 5 illik sevgilisi Sandra Pestemalciyan ilə İzmirdə istirahət edən aktyor dənizkənarında lentə alınan şəklini İnstaqramda yayımlayıb.
Onun fotoya “Pursuit of happiness” (xoşbəxtliyin arxasınca) yazması izləyicilərin suallarına səbəb olub.
Onlar görüntüyə “evlənirsiniz”, “evlilik təklifi edib” kimi şərhlər qeyd ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.