Türkiyənin məşhur simalarından olan Özlem Önal Sarıyer səmtindəki evində verdiyi 50 yaş partisində amerikalı sevgilisi Stuart Parrdan evlənmə təklifi alıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Önal 2013-cü ildən bu yana Amerikada yaşayır. 2 ildir orada təşkilatçı Stuart Parr ilə sevgilidir. Cütlük bir neçə gün əvvəl Türkiyəyə tətilə gəlib.
Özlem uzun müddətdir görmədiyi dostlarını evinə dəvət edib. Ad günündə ona ən böyük sürpriz sevgilisi tərəfindən edilib. Təəccüblənən Önal ona "hə" cavabını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.