Rusiyalı seksual model Meksikada çimərlikdə olarkən paparatsilərə yaxalanıb. Şeykin sinəsinin yeni görünüşü paparatsilərin diqqətindən qaçmayıb. Əgər əvvəllər moda jurnallarının üz səhifələrinə arıq modellərin fotoları yerləşdirilirdisə, indi oxucuların baxışı dəyişib. Hazırda bununla əlaqədər tanınmış dəb jurnalları daha kilolu modellərə üstünlük verir. Çox güman dünyada məşhur rus gözəlçə dəbdə olan pərəstişkarlarının arxasınca qaçaraq bədən quruluşunda dəyişiklik etdirib. 29 yaşlı model Meksikanın Kankune istirahət mərkəzində paparatsilərin obyektivlərinə tuş gəlib. Məşhur modelin pərəstişkarları dərhal onun bədən quruluşunda dəyişiklikləri seziblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.