banner
banner

Dünya

“Twitter”ə haker hücumu edənlər saxlanılıb

“Twitter”ə haker hücumu edənlər saxlanılıb

“Twitter” sosial şəbəkəsinə haker hücumu ilə bağlı aparılan araşdırma nəticəsində üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, onlardan biri 19 yaşlı Böyük Britaniya sakini Meyson Şeppardır. O, elektron fırıldaqçılıq, çirkli pulların yuyulması və digər insanların kompüter sistemlərinə icazəsiz giriş əldə etməkdə ittiham olunur.

Bundan başqa, 22 yaşlı Florida sakini Nimu Fazel və 17 yaşı olduğu üçün adı açıqlanmayan daha bir şəxs saxlanılıb

“WFLA” televiziya kanalı isə bildirib ki, 17 yaşlı yeniyetmə Florida ştatının Tampa şəhərində tutulub və ona qarşı 30 ittiham irəli sürülüb.

Xatırladaq ki, iyulun 15-i bir sıra tanınmış şirkətlərin və şəxslərin “Twitter”dəki hesabları haker hücumuna məruz qalıb.

Onların arasında “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın, “Microsoft” korporasiyasının banisi Bill Qeytsin, Amazon şirkətinin rəhbəri Ceff Bezosun, "Berkshire Hathaway" investisiya fondunun rəhbəri Uorren Baffetin, ABŞ-ın sabiq prezidenti Barak Obamanın, ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin də hesabları var.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.