banner
banner

Gündəm

Bakıda koronavirusun dərmanı satılır: qiyməti 200 manat FOTO

Bakıda koronavirusun dərmanı satılır:

Bakıda bəzi apteklərdə koronavirusun müalicəsində ən effektiv dərman olduğu deyilən “Favipiravir” satılır.

Musavat.com xəbər verir ki, dərmanın satış qiyməti 200 manat civarındadır.

Artıq bəzi apteklər dərmanın satışını onlayn şəkildə həyata keçirir. Hətta sifarişlə belə gətirmək mümükündür.

Qeyd edək ki, “Favipiravir” adlı dərman “Fujifilm” şirkətinin törəmə qurumu olan “Fujifilm Toyama Chemical” tərəfindən hazırlanıb. 

Koronavirus pandemiyasının yayılmasından bir müddət sonra bu dərmanın Uhan və Şençjen şəhərlərində keçirilmiş klinik sınaqlarının ümidverici nəticələri olduğu haqda məlumatlar yayılmışdı. Çin rəsmiləri israrla bildirirdilər ki, bu dərman koronavirusa qarşı ən effektli dərmandır.

Dərman sınaqdan da keçirilmişdi. 340 nəfərin iştirak etdiyi sınaqdan sonra çin rəsmiləri deyirdi ki, dərman öz təsirini cəmi 4 gün sonra göstərir. Bu dərmanla müalicə olunmayan xəstələr üçün isə bu göstərici ən azı 11 gündür.

Çinlilər deyir ki, “Favipiravir” ilə müalicə olunan xəstələrin təxminən 91 faizində ağciyərin vəziyyəti yaxşılaşır.

Onu da qeyd edək ki, Çindən gətirilən bu dərmanın qiyməti tərkibinə görə dəyişir. 200 mq-lıq “Favipiravir”in qiyməti 180-200 manata təklif olunur.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.