Livanın paytaxtı Beyrutda baş verən faciə nəticəsində 135 insan dünyasını dəyişib, 5 mindən çox yaralı var.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verən hadisəyə məşhurlar da biganə qalmayıblar. Onlar ölkəyə bacardıqları qədər maddi yardım veriblər.
Növbəti yardım isə 59 yaşlı Corc Kluni və 42 yaşlı xanımı Amaldan gəlib. Onlar Livanın üçün xeyriyyə fonduna 100 min dollar bağışlayıblar.
"İkimiz də Beyrutda baş verənlərə çox üzüldük. Son günlər orada çox pis hadisələr yaşandı. İnanıram ki, imkanı olan hər kəs ora maddi yardım verəcək" deyə, Corc Kluni bildirib.
Qeyd edək ki, Beyrut aktyorun xanımı Amalın vətənidir. Livanda 2 il yaşayan Amal İngiltərəyə köçüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.