Türkiyəli aktrisa Sinem Kobal örnək davranışı ilə diqqət çəkib.
Doğum günü yaxınlaşan aktrisanın sevənlərindən xüsusi istəyi olub.
O, İnstaqram hesabında foto paylaşaraq bunları qeyd edib:
"Ad günümə çox az vaxt qalıb. Bu il qeyd etmək əvəzinə, yaxşılıq etmək istəyirəm. Hədiyyə almaq yerinə isə, xərçəng xəstəliyindən əziyyət çəkən azyaşlıları xatırlatmaq istədim. Onlara etdiyimiz hər bir yardım çox qiymətlidir. Yardım kampaniyası başlatdım. Qoşulmağı unutmayın".
Qeyd edək ki, aktyor Kənan İmirzalıoğlu ilə ailəli olan Sinemin ad günü avqustun 14-dür.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.