banner
banner

Gündəm

Ağır döyüşlərdəki itkilər açıqlandı

Ağır döyüşlərdəki itkilər açıqlandı

Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında gedən döyüşlərdə itkilər açıqlanıb.
Türkiyə Baş Qərargahının verdiyi açıqlamada bildirilir ki, Ağrının Diyadin bölgəsində PKK terrorçuları ilə gün boyu davam edən döyüşlərdə yaralanan 4 əsgər Ağrı Dövlət xəstəxanasına yerləşdirilib. Onlardan üçünün həyatı təhlükədə deyil. Bir əsgər isə əməliyyata alınıb. Döyüşlər zamanı 5 terrorçu öldürülüb, biri isə sağ ələ keçirilib.
Qeyd edək ki, aprelin 11-də Ağrının Diyadin bölgəsində səhər saatlarında PKK terrorçuları Türkiyə təhlükəsizlik qüvvələrinə hücum etmişdi. Axşam saatlarına qədər gedən döyüşlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, sabiq daxili işlər naziri Əfqan Ala açıqlama vermişdi. Hücum edən terrorçuların sayı 25 nəfər olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.