banner
banner

Şou

Elnurun Avropa fəthi başladı- FOTO+VİDEO

Elnurun Avropa fəthi başladı-

Azərbaycanı “Evrovision 2015” musiqi yarışmasında təmsil edəcək Elnur Hüseynovun müsabiqə çərçivəsində promo turlarına start verilib. 
Cia.az-ın yarışmanın rəsmi internet saytına (Azerbaijan: Elnur's promo tour starts today) istinadən verdiyi məlumata görə, azərbaycanlı təmsilçinin Avropa turnesi Latviyanın paytaxtı Riqadan başlayıb. 
Təmsilçimiz artıq Riqadadır. O, digər qonaqlarla birlikdə mətbuat konfransında avropalı jurnalistlərin suallarını cavablandırıb. 


Daha sonra “Eurovision pre-party Riga 2015” konsertində çıxış edib. Həmin konsertdə Eurovision qalibləri Aleksandr Rıbak (2009), Eldar Qasımov (2011) və Mariya Naumova (2002) səhnəyə çıxıblar.

Elnur ardıcıl olaraq Macarıstanın paytaxtı Budapestdə, Hollandiyanın paytaxtı Amsterdamda, Rusiyanın paytaxtı Moskvada və Avstriyanın paytaxtı Vyanada konsert proqramları ilə çıxış edəcək.

Qeyd edək ki, Elnur Hüseynov "Eurovision 2015" mahnı yarışmasının 21 mayda keçiriləcək II yarımfınalında 11 nömrə altında səhnəyə çıxacaq. Təmsilçimiz "Hour of the Wolf” mahnısını təqdim edəcək.

Elnur Hüseynovu dəstəkləyənlər onun rəsmi səhifəsinə bu linkdən daxil ola bilərlər: elnurlive.com














Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.