Fransanın Ot-Reyn departamentinin Miluz şəhəri yaxınlığındakı Şlerbax yaşayış qəsəbəsində baş verən ailə dramı hamını şoka salıb. Valideynlər arasında yaranan mübahisə faciəyə səbəb olub. Ana beş uşağını amansızlıqla qətlə yetirib. Həyat yoldaşının ailəni tez-tez tərk etməsindən qəzəblənən qatil ana üç azyaşlı və iki yeniyetmə uşağına saysız-hesabsız bıçaq zərbələri endirərək onların həyatına son qoyub. Hadisə yerinə gələn polis işçiləri gördükləri mənzərədən dəhşətə gəliblər. Qonşular bu ailədə tez-tez mübahisələrin şahidi olduqlarını bildiriblər. Hadisə ilə bağlı cinayət işi açılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.