Məşhur "Evdə tək" filminin Kevini, aktyor Makaley Kalkin avqustun 26-da 40 yaşını qeyd edib.
Aktyor doğum günündə paylaşdığı status ilə diqqət çəkib: "Ey, millət, yaşlılığı hiss edirsiniz? 40 yaşım oldu. Xoş gəlib".
Xatırladaq ki, Makaley Kalkin 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib. Hələ 10 yaşında qardaşı Kiran Kalkin Makaley ilə birlikdə "Evdə tək" (1990) və "Evdə tək: Nyu-York sərgüzəştləri" (1992) filminə çəkilib.
1990-cı ildə "Evdə tək"in mavi ekranlarda premyerası ilə film milyonlar qazanır. Film yarım il ərzində Amerika kinoprokatında təxminən 300 milyon, dünyada isə 200 milyon dollar gəlir gətirərək böyük ajiotaja səbəb olur. Makaley müxtəlif nominasiyalar üzrə qalib gəlir. Bir müddət sonra filmin ikinci hissəsi "Evdə tək 2: Nyu-York sərgüzəştləri"nin çəkilməsi və ekranlara çıxması ilə Makaleyin şöhrəti daha da artır. Filmin büdcəsi 170 milyon dollar olaraq ən çox gəlir gətirən kinoların siyahısına düşür. Makaley isə "Ginnesin rekordlar kitabı"na ən çox qonorar alan gənc aktyor adını yazdırır.
Lakin sonralar atasının kaprizləri ucbatından aktyorun kinodakı karyerası böhrana uğrayır.
Makaley narkotikdən istifadə etdiyi üçün dəfələrlə cərimə və həbs olunub.
Onu da qeyd edək ki, "Evdə tək" filmində indiki ABŞ prezidenti Donald Tramp da çəkilib. O, otel sahibi rolunu oyanıyb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.