banner
banner

Dünya

Davudoğludan papaya sərt cavab

Davudoğludan papaya sərt cavab

“Dini liderlərin birinci vəzifəısi tarixi mübahisələr üzərindən yeni bir insident və nifrət mühiti yaratmaq yox, bəşəriyyəti birliyə, sülhə və bərabər yaşamağa dəvət etməkdir”. Cia.az-ın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Roma papasının qondarma erməni “soyqırımı” iddialarını şərh edərkən deyib. Davudoğlu açıqlamanın bu cür verilməsinin papaya yaraşmadığını bildirib:
“Əgər xarici qüvvələr olmasaydı çox güman ki, 1915-ci ildə baş verən kədərli hadisələr yaşanmayacaqdı. Baş vermiş kədərli hadisələri bir tərəfli görmək, insanların sadəcə bir hissəsinin kədərinə sahib çıxıb digərinin izdırablarını görməmək papaya və onun tutduğu mövqeyə yaraşmadı. Kədərlər, xüsusilə də müharibə dövründə yaşanan kədərlər paylaşıldığı zaman bu izdırabların anlaşıldığı və ədalətli yaddaşla bu izdırablara sahib çıxıldığı zaman sülh mühiti yaranar”. 
Xatırladaq ki, ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.
Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.