banner
banner

İdman

Azərbaycan Dünya kubokunda Rusiyaya qalib gəldi

Azərbaycan Dünya kubokunda Rusiyaya qalib gəldi

Los-Ancelesdə sərbəst güləş üzrə Dünya kuboku başa çatıb.

Oxu.Az xəbər verir ki, Türkiyə (7:1) və Belarus (6:2) üzərində qələbədən sonra qrup mərhələsinin həlledici matçında Azərbaycan yığması İran tərəfindən darmadağın edilib.

Yığmamızın heyətində yeganə qələbəni olimpiya çempionu Şərif Şərifov qazanıb. 

Qrupda 2-ci yeri tutan Azərbaycan bürünc medallar uğrunda mübarizəyə qoşulub. Burada yığmamız paralel qrupun 2-ci olmuş komandası – Rusiya yığması ilə mübarizə aparıb. Gərgin matç 4:4 hesabı ilə başa çatsa da, Azərbaycan yığması xalların hesabına fəxri 3-cü yeri tutub.

Komandamızın tərkibində Hacı Əliyev (61 kq), Maqomed Müslimov (65 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Maqomedov (125 kq) rusiyalılara qalib gəliblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.