ANS PRESS-in məlumatına görə, Riyadda keçirilən mətbuat konfransında bu sözləri deyən xarici işlər naziri Səud Əl-Feyzal əlavə edib ki, Səudiyyə Ərəbistanı İranın tələblərini rədd edərək qonşu yəməndə Husi silahlılarına qarşı hava bombardmanlarını davam etdirəcək.
O, deyib ki, biz istəyərək Yəmənə gəlməmişik:
“Biz Yəmənə legitim hakimiyyətə köməyə, Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin hökumətini bərpa etməyə gəlmişik”.
Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyi keçən həftə bildirmişdi ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın başlatdığı hava hücumları cinayət və soyqırımdır.
Xatırladaq ki, Yəmən prezidenti ölkədə xaos qalxandan sonra Səudiyyə Ərəbistanına qaçıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.