banner
banner

Şou

"Hürrəm Sultan" ikinci dəfə ana olacaq

"Hürrəm Sultan" ikinci dəfə ana olacaq

"Muhteşem Yüzyıl" serialında Hürrəm Sultan obrazı ilə məşhurlaşan aktrisa Məryəm Üzərli ikinci dəfə ana olacaq.

Berlində amerikalı sevgilisi ilə yaşayan Məryəm Üzərli 5 aylıq hamilədir. Bu barədə aktrisanın özü açıqlama yayıb:
"Körpəmiz 5 aylıqdır. Cinsiyyəti qızdır. İnşallah, yanvar ayında doğulacaq. Lara artıq 7 yaşındadır. Uzun zamandır bacı istəyirdi. Öz ailəmizi qururuq".

Xatırladaq ki, Məryəm Üzərlinin Can Atəşdən 7 yaşında Lara adlı qızı var".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.