banner
banner

İdman

"Barselona"nın prezidenti korrupsiyada ittiham edildi

"Barselona"nın prezidenti korrupsiyada ittiham edildi

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu korrupsiyada ittiham olunur. 

"Repor" "El Mundo" nəşrinə istinadən xəbər verir ki, funksionerin klub üçün aparılan əməliyyatlardan şəxsi mənfəət götürdüyü iddia edilir. 

Klub prezidentinin rəqiblərinə və futbolçular Lionel Messi ilə Jerar Pikeyə qarşı kiberhücumlar təşkil etdiyi deyilir. Daha əvvəl İspaniya mediası həmin kiberhücumları klubun sifariş etdiyini aşkarlayıb. 

Həmçinin Kataloniya təmsilçisinin keçmiş oyunçuları Xavi, Karles Puyol və sabiq baş məşqçi Xosep Qvardiolanın da belə hücumlara məruz qaldığı güman edilir. 

Bartomeu prokurorluğun bu məsələ ilə bağlı iddialarını rədd edib.  

Qeyd edək ki, Xosep Bartomeu 2014-cü ildən "Barselona"nın prezidentidir. Lionel Messi müqaviləni yeniləyəcəyi təqdirdə, o, klub prezent vəzifəsindən getməyə hazır olduğunu söyləyib. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.