banner
banner

Hərbİ

Moskvada MDB Müdafiə nazirlərinin iclası başlayıb

Moskvada MDB Müdafiə nazirlərinin iclası başlayıb

Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclası keçirilir.

"Report"un Rusiya bürosunun məlumatına görə, toplantıda 13 ölkənin Müdafiə nazirləri iştirak edir.

İclasda Azərbaycanı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edir.

Müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin təmin olunması, müharibələrin və silahlı qarşıdurmaların baş vermə təhlükəsinin qarşısının alınması üçün səylərin birləşdirilməsi, müasir şəraitdə hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə edirlər.

Qeyd edək ki, səfər çərçivəsində Zakir Həsənov sentyabrın 5-də "Tank biatlonu" Ordu İdman oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.