Bir vaxtlar uşaq ulduzlarından olan "Sihirli annem"in Cereni Gizem Güven futbolçu Caner Turp ilə nikah masasına oturub.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, toydan əvvəl jurnalistlərin suallarını cavablandıran aktrisa həyəcanlı olduğunu gizlətməyib.
"Həyəcanlıyıq, sadəcə nikah edəcəyik. Bir az tərsliklər oldu. Hazırda toy haqda düşünmürük. Xına gecəsi etdik, çox maraqlı alındı. Toy təxirə düşəndən sonra xına gecəsi bir az bizi əyləndirdi" deyə, Gizem bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.