Əməkdar artist Lalə Məmmədova kamera qarşısında göz yaşlarını saxlaya bilməyib.
Axşam.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında mərhum ifaçı Kayahanla bağlı xatirələrini bölüşüb:
“Onun ölümünə tək pis olan mən deyiləm. Hamı onun rəhmətə getməsinə pis oldu. Kayahan bəyin nömrəsini telefonumdan heç vaxt silməyəcəm. Məni Laləciyim deyə çağırırdı. O, qədər təvazökar insan idi ki, onu tərifləməyə də qoymurdu. Martın 21-də İsveçrədə idim. Biletimi İstanbula aldım ki, gedib onunla görüşüm. Martın 20-də xanımı İpək zəng etdi ki, Kayahanı reanimatsiyaya yerləşdirdik. Ona hədiyyə də almışdım, verə bilmədim”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.