“Fox” telekanalında yayımlanan “Sen çal kapımı” serialı ötən axşam yayımlanan bölümü ilə reytinqlərdə ilk sırada yer alıb.
Axşam.az xəbər verir ki, baş rollarını Hande Erçel ilə Kerem Bürsin paylaşdığı ekran işi sosial şəbəkədə də ən çox danışılan mövzu olub.
Qeyd edək ki, serialda Neslihan Yeldan, Bige Önal, Evrim Doğan, İsmail Ege Şaşmaz, Anıl İlter, Melisa Döngel, Çağrı Çıtanak, Elçin Afacan, Sitare Akbaş, Başak Gümülcinelioğlu, Alican Aytekin, Sarp Bozkurt, Ahmet Somers, Dorukhan Kenger, İlkyaz Arslan kimi məşhur aktyorlar yer alır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.