36 yaşlı Felisiti Cons və 44 yaşlı Çarlz Hard valideyn olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa övladının doğuluşunu mediadan gizlətməyə çalışsa da buna nail ola bilməyib. Paparassilər Felisitini Londonda uşağını gəzdirərkən görüntüləyiblər.
Aktrisa və rejissor əri uşaqla bağlı sualları cavabsız qoyub, onun cinsiyyətini belə açıqlamaq istəməyiblər. Consun hamiləlik xəbəri mediada ötən ilin dekabrında yayılmışdı.
Qeyd edək ki, Cons və Hard 2018-ci ilin iyulunda evlənib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.