Liviya sahilləri yaxınlığında qayıqların qəzaya uğraması nəticəsində 25-dən çox miqrant ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Səfa Msexli bildirib.
“Liviyanın Mühafizə Xidməti 3 qayıq saxlayıb. Onlardan biri çevrilib. Boğularaq ölən iki nəfərin meyitini sudan çıxırblar, bir neçə nəfər sağ-salamt xilas edilib. 22 nəfər isə itkin düşüb. Xilas edilən 45 nəfər rezin qayıqlarda sahilə çıxarılıb”,- S.Msexi vurğulayıb.
Xilas edilənlərin əksəriyyəti Misir və Mərakeş vətəndaşlarıdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.