banner
banner

Sosİal

Şadlıq evlərində növbə var - Toylar başlayır?

Şadlıq evlərində növbə var

Məhərrəmlikdən sonra toyların təşkilinə icazə veriləcəyi ilə bağlı yayılan xəbərlər vətəndaşlarda əməlli-başlı ümid yaradıb. Son günlər şadlıq evlərinə edilən zənglərin sayı və toy etmək üçün oktyabr və noyabr aylarına yazılan növbələr xeyli artıb.

CİA.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bəzi şadlıq evlərinin administratorları deyirlər ki, qiymət artımı da istisna olunmur. Amma artımın yüksək olmayacağı da bildirilir.

Mütəxəssislər hesab edirlər ki, əgər toylara icazə verilərsə, şadlıq evləri qiymət siyasətini düzgün qurmalıdırlar və bütün hallarda qiymət artımına imkan verməməlidirlər.

Ekspert hesab edir ki, əgər şadlıq saraylarında qonaqların sayına məhdudiyyət tətbiq edilsə, bu, qiymətlərə müəyyən qədər təsir edə bilər.

Ekspertin fikirincə, şadlıq evlərinin sayı kifayət qədərdir. Qiymət siyasətini düzgün qurmayan şadlıq evi icazədən sonra müştəri itkisi ilə üzləşə bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.