Məşhur türkiyəli müğənni Hadisə rəsmi internet saytı "hadise.com"u ona verməyən bacısı və keçmiş meneceri olan Hülya Açıkgözü məhkəməyə verib.
Məhkəmə nəticəsini gözləməyən sənətçi yeni "hadise.world"ü aktiv edib.
Xatırladaq ki, 2004-cü ildə Açıkgöz Hadisənin meneceri kimi çalışdığı vaxt "hadise.com" adlı domeni satın almış və bacısı üçün işlətməyə başlamışdı. Saytda müğənninin yeni və köhnə mahnıları, xəbərləri, videoları yerləşdirilib.
Lakin bacısı ilə münasibətləri pozulan Hadisə saytı geri almaq qərarına gəlib. Açıkgöz isə bunun qarşılığında bacısından 35 min avro istəyib. İfaçı tələb olunan pulu ödəmək istəməyib və məhkəməyə müraciət edib. Açıkgöz isə saytı satışa çıxarıb. Belə ki, saytın satılması haqda elan yayılıb. Məlum olub ki, bacısı sənətçinin adına olan domeni 225 min lirəyə satmaq istəyir.
Bacısı ilə bütün əlaqələrini kəsən Hadisə saytı aktivləşdirdiyi andan gözləmədiyi qədər çoxlu sayda izləyici marağı əldə etdiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.