banner
banner

Dünya

Vaşinqtonun Yaxın Şərq həftəsi: Tramp nəyə çalışır və ümid edir?

Vaşinqtonun Yaxın Şərq həftəsi:

Məlum olduğu kimi, bu həftənin əvvəlimdə, daha doğrusu, sentyabrın 15-də İsrailin, Birləşmiş Ərəb Əmirliklərinin və Bəhreynin təmsilçiləri qarşılıqlı tanınma və diplomatik nümayəndəliklərin açılması ilə bağlı sazişlər imzaladılar. Xatırladaq ki, sənədlər Vaşinqtonda, bilavasitə Ağ Evdə imzalandı.

İmzalanma prosesinin gedişində əsasən dörd aparıcı şəxs sezilirdi: ABŞ prezidenti, İsrailin baş naziri, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət idarələrinin başçıları.

Gəlin lap əvvəlcə İsrailin baş nazirindən başlayaq. Baxmayaraq ki, həftənin ilk günlərində cənab Benyamin Netanyahu imzasını həqiqətən də tarixi sənədlər altına qoydu, bütün hallarda onu öz ölkəsində elə də sevmirlər və ona qarşı etiraz aksiyaları səngimək bilmir – insanlar baş naziri korrupsiyada ittiham edir və onun istefasını tələb edirlər.

Bəlkə də burada bir müqayisə elə də uğurlu olmayacaqdır, amma bu detal bizə böyük Uinston Çerçillin siyasi bioqrafiyasından maraqlı ştrixi xatırlatdı.

İkinci Dünya müharibəsi bitəndən dərhal sonra ingilislər Çerçillə və onun partiyasına səs verməmişdi və nəticədə də Çerçill yox, başqa bir adam baş nazir olmuşdu.

Deyilənə görə, o vaxt Çerçill həqiqətən də əsl tarixi sözlər demişdi: “Öz böyük oğullarına qarşı sayğısızlıq böyük millətlərə xas olan xüsusiyyətdir”. Odur ki, indi demək çox çətindir: Yaxın Şərq sülh prosesinin çələngləri Netanyahunun siyasi karyerasını xilas edəcəkmi?..

Trump exit plan for US troops in Syria embarrassingly derailed by Iraq -  Business Insider

Elə İsraillə sülh sənədlərinə imza atmış ərəb diplomatları haqqında da eyni sözləri demək mümkündür. Bilinmir ki, onları ərəb və müsəlman aləmində necə qarşılayacaqlar: qəhrəman, yoxsa satqınlar kimi? Çünki vaxtilə Ənvər Sadatla baş vermiş hadisə hələ də unudulmayıbdır. Hələ ki, Hizbullah və Həmas kimi radikal - terrorist təşkilatlar susur. Ərəb ölkələrinə gəldikdə isə, zahiri əlamətlər onu deməyə əsas verir ki, onlar prosesi təqdir edirlər. Hətta Səudiyyə Ərəbistanının öz səmasını mülki İsrail aviasiyası üçün açması çox şey deyir: bu, o deməkdir ki, Səudiyyə İsraillə münasibətlərin qurulmasına qarşı deyil. Burada qeyd edək ki, iki ölkənin – Bəhreynin və Ərəb Əmirliklərinin ardınca Omanın da İsraillə əlaqələr quracağı zənn edilir...

Nəhayət ki, gəlib çatdıq ABŞ prezidentinə -cənab Donald Trampa. Əvvəlcə onu qeyd edək ki, çox əlamətdar hadisədir ki, Yaxın Şərq sülh prosesinin pik nöqtələrindən biri ABŞ –da prezident seçkiləri dövrünə təsadüf edir və düşünürük qətiyyən təsadüfi deyil bu məqam. İnsanları da elə daha çox bu istiqamətdəki proqnozlar maraqlandırır.

Əlbəttə, Yaxın Şərq sülh prosesi seçki öncəsi texnologiya və ümumiyyətlə, seçki konyunkturası deyil - ən azı özümüzü buna inandırmağa çalışırıq. Dünyada münaqişələr çoxdur, dünya etnik və ərazi münaqişələrinin böyük bir ansamblı ilə tanışdır. Amma onların sırasında elələri var ki, bu münaqişələri həqiqətən də klassik adlandırmaq olardı. Belə münaqişələrə irland, Kəşmir və əlbəttə, çox vektorlu ərəb- İsrail münaqişəsi aiddir. Aydındır ki, bəşəriyyət nə vaxtsa bu münaqişələrə son deməlidir – axı onlar əbədi davam etməyəcək...

Amma problemin başqa tərəfi də var. Müharibələr və ya münaqişələr spontan şəkildə həll olunmur – bunu insanlar edirlər. Eyni sözləri elə ABŞ prezidenti haqqında da demək mümkündür, hansını ki, ölkənin bu vaxta qədər ən israilpərəst prezidenti adlandırırlar.

Burada müəyyən bir həqiqət də var. Donald Trampın hətta ailə üzvləri arasında da yəhudilər var. Məsələn, bəlli olduğu kimi, onu kürəkəni yəhudidir. Bir-iki il bundan əvvəl Tramp elan etdi ki, onun möhtəşəm Yaxın Şərq planı var. Amma pandemiya ona bu planın detallarını bəyan etməyə imkan vermədi. Belədəsə, Tramp İsrail üçün artıq xeyli iş görüb: Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıbdır, ərəb ölkələrinin də bəzisinin İsraili tanımasına nail olubdur...

Foreign Correspondent: Trump plays both sides against the middle | 48 hills

Bəs bütün bunlar onun seçkisində necə əks olunacaqdır? D.Tramp növbəti dəfə prezident ola biləcəkmi? Formal məntiq bizə deyir ki, ABŞ-ın yəhudi icması ona dəstək verəcək. Amma bir az əvvəldə Netanyahunu təsadüfən xatırlamadıq. Formal mıntiqə görə onu də vətənində orkestr və gül-çiçəklə qarşılamalı idilər. Amma təəssüf! Netanyahu bir çox insanlar üçün qəhrəman yox, sadəcə, bir korrupsioner siyasətçidir.

Odur ki, nöqtəni qoymaq hələ tezdir. İntuisiya bizə deyir ki, Tramp təkrar seçiləcək, çünki onun siyasəti konkretliyilə fərqlənir. Bu adam ABŞ haqda abstrakt halda, ümumi şəkildə yox, konkret danışır – bəli, o, amerikalılar, onları düşündürən məsələlərdən bəhs edir. Onun elə Dünya haqda da təsəvvürləri konkretdir. Bu adam milli institutlara üstünlük verir, nəinki Avropa İttifaqı kimi inteqrativ qurumlara. Bu adam üçün konkret “təhlükə” – Çin var və odur ki, bir an belə onu unutmur. Amma Trampın daxili siyasətində problemlər də az deyil. Məsələn, bəzi amerikalılar onu irqçi adlandırır. Elə pandemiyaya qarşı onun apardığı siyasət də bir o qədər təqdir olunmur və bəyənilmir. Bu səbəbdən də bir az gözləmək, nəticələrlə tələsməmək daha yaxşı olardı: görək, Amerika əhli seçimini kimin üzərində dayandıracaq...

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.