İstehlak bazarında monitorinqlər davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı bu magazalar aşkarlandı.
Bakının Sabunçu rayonunda - Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 22A ünvanında Məhəmməd Tağıyevə məxsus mağazada; - Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində Cavid Həsənliyə məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Sabunçu rayonunda - Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 12 ünvanında Sabirə Babaşovaya məxsus mağazada; - Yeni Ramana qəsəbəsində Məmmədhəsən Həsənova məxsus mağazada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Nərimanov rayonunda - Təbriz küçəsi, 55 ünvanında Rasim İsgəndərova məxsus mağazada;
Sabunçu rayonunda - Ramana qəsəbəsində Dürdanə Süleymanovaya məxsus mağazada;
Bərdə rayonunda - Şahvəlilər kəndində İsmayıl Əsgərova məxsus yeməkxanada;
Şabran şəhərində - Nizami küçəsində İmran Məmmədova məxsus mağazada;
Şamaxı şəhərində - N.Nərimanov küçəsində Asim Nərimanova məxsus mağazada;
Astara şəhərində - N.Nərimanov küçəsində Məhəmməd Mirzəyevə məxsus mağazada;
Şəki şəhərində - S.Rəhman küçəsində Mustafa Məmmədova məxsus mağazada;
Balakən şəhərində - R.Səmədov küçəsində Laləzər Səfərovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.