“Yeni hayat” serialında rol alan aktrisa Nilperi Şahinkaya ötən gün sevgilisi Emre Yusifi ilə obyektivlərə tuş gəlib.
Axşam.az xəbər verir ki, bir neçə gün öncə 20 yaşında lentə alınan şəklini sosial şəbəkədə paylaşan aktrisaya “estetik gözəli” kimi şərhlər yazılmışdı.
Şahinkaya müxbirlərin məsələ barədə suallarına belə cavab verib:
“Orada 20 yaşında idim. İndi isə 32 yaşım var. İnsanın üzü dəyişir. Bunun estetik əməliyyat ilə əlaqəsi yoxdur”. Aktrisa “Estetik əməliyyat etdirərsiniz” sualına isə “Etdirməmişəm, amma əleyhinə də deyiləm. Birdən istədiyim kimi alınmaz deyə qorxuram”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.