Möhkəm ürək, hamar dəri, incə bel- Möcüzəvi qidalar
Bəzi qidalardan birgə istifadə edildiyi zaman faydaları artır və bir sıra xəstəliklərlə mübarizə aparmaq üçün sanki güclü bir silaha çevrilir. Daha möhkəm bir ürək,hamar bir dəri,güclü bir yaddaş, ya da incə bir belə sahib olmaq istəyirsiniz? O halda bir də bu qarışıqlardan istifadə edin. Cia.az təqdim edir:
Yaşıl çay+limon=Daha sağlam ürək
Güclü antioksidan təsiri ilə yaşıl çayın infakt riskini azaltdığını bilirik.Ancaq araşdırmalar nəticəsində bunun insanlara 20% təsir etdiyi ortaya çıxmışdır.
Ancaq bir yaxşı xəbərim var:elm adamları yaşıl çaya limon suyu əlavə olunduğu zaman 80% təsirli olduğunu söyləyirlər.
Təmiz zeytun yağ+pomidor=Xəstəliklərə qarşı müqavimət
Bədəninizin müqavimətini salan və xəstəliklərə qapı açan sərbəst radikallara qarşı döyüşən beta karoten,E vitamini və C vitamini saxlayan antioksidan anbarı olan yeməklərdə maksimum faydanı təmin etmək üçün təmiz zeytun yağına ehtiyacımız var.
Noxud+qırmızı bibər=Qanazlığına çarə
Noxud qanazlığına qarşı bədənin ehtiyac duyduğu dəmir baxımından olduqca zəngindir.C vitamini anbarı olan qırmızı bibər isə noxuddakı dəmirin həll edilərək qan hüceyrələrinə işləməsini təmin edir.
Bal+darçın=Qüvvətli immunitet sistemi
Hər gün istifadə edilən bal və darçın immunitet sistemini qüvvətləndirir.Bədəni bakteriya və virusların hücumlarına qarşı qoruyur.Araşdırmalara görə, balda bir çox vitamin və bol miqdarda dəmir var.
Brokoli+pomidor=Xərçəngə qarşı
Brokoli və pomidor xərçəngə qarşı döyüşən ulduz tərəvəzlərdir.Araşdırmalar göstərir ki,bu iki tərəvəzin birlikdə yeyilməsi prostat xərçənginin böyüməsini yavaşladır,nəinki ayrı yeyilməsi.
Qara kələm+limon=Daha güclü sümüklər
Kalsium anbarı olan,hətta tərkibində ispanaqdan 3 qat çox kalsium olan qara kələm sümükləri gücləndirmək üçün əla vasitədir.Bəs niyə limonla birlikdə yeyilməlidir?Çünki limonda olan C vitamini qara kələmdə olan kalsiumun bədənə daha yaxşı işləməsini təmin edir.
Yumurta+mango=Möhkəm dəri
Dərinin möhkəm olması üçün bir çox vitaminlər lazımdır.Mango C vitamini ilə zəngindir.Yumurta və mangonu birlikdə qəbul etsəniz, tez bir zamanda möhkəm və hamar dəriyə sahib olacaqsınız.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.