banner
banner

Sağlamlıq

Dondurucuda gizlənən bakteriyalar

Dondurucuda gizlənən bakteriyalar

Soyuducuların dondurucusunda evdə hazırlanan məhsulları dondurmaq üçün yox, əvvəllər dondurulmuş yeməyi saxlamaq üçün istifadə etmək daha yaxşıdır.

“Report” xəbər verir ki, bunu sağlam qidalanma üzrə mütəxəssis, televiziya aparıcısı, aşbaz Sergey Sinitsin bildirib.

Onun sözlərinə görə, müasir dondurucu avadanlıqlar məhsulun keyfiyyətini və quruluşunu pozmur.

“Əgər nəyisə dondurmağa, məsələn əti dondurmaq istəyirsinizsə bunu mütləq düzgün formada edin. İdeal seçim vakumda dondurmaqdır. Bu cür məhsullarla ehtiyatlı olmaq lazımdır”.

O, qeyd edib ki, dondurucu üç aydan bir təmizlənməlidir:

“Bir çox ailədə nadir hallarda dondurucuya dərindən baxırlar, orada, məsələn, keçən ildən qalan balıq və ya ət tikələrini tapmaq olar. Bu cür məhsullar keyfiyyətsizdir və onsuz da təhlükəli hala gəlir, çünki bakteriyalar soyuqda da çoxalır. Buna görə dondurucular mümkün qədər yaxşı təmizlənməli, boşaldılmalı, dezinfeksiya edilməli və orada saxlanılan məhsullar yenilənməlidir”.

Soyuducuda həmçinin təzə dəniz məhsullarını havakeçirməz, qapaqlı, yaxşıca bağlanmış bir qabda ən çox, 2 gün saxlamaq olar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.