banner
banner

Dünya

Rusiya əleyhinə sanksiyalar sərtləşdirilə bilər

Rusiya əleyhinə sanksiyalar sərtləşdirilə bilər

Amerikalı senatorlar Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edilməsini təklif ediblər.

“Report” xəbər verir ki, bu barədə məlumat Demokrat Senator Kris Kunsun rəsmi saytında yerləşdirilib.

Buna səbəb, Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə bağlı baş verən hadisədir.

Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi hər iki partiyadan daxil olub. Sənəd, beynəlxalq hüququn açıq şəkildə pozulmasında, o cümlədən Navalnının zəhərlənməsində iştirak edən Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini özündə ehtiva edir.

Layihə Amerika səlahiyyətlilərindən Rusiya prezidenti Vladimir Putin və ətrafındakıların maliyyəsi haqqında bildikləri barədə Konqresə hesabat vermələrini tələb edir.

Sənədi respublikaçı senatorlar, habelə demokratlar tərəfindən dəstəklənib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.