banner
banner

İdman

Ronaldu Avropanın top-5 liqasında tarixi rekorda imza atdı

Ronaldu Avropanın top-5 liqasında tarixi rekorda imza atdı

Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasında növbəti rekorda imza atıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Ronaldu Avropanın top-5 liqası tarixində 450 qol vurmuş ilk futbolçu olub.

Xatırladaq ki, portuqaliyalı hücumçu A Seriyasının ikinci turunda "Roma" ilə matçda (2:2) dubl edib.

Belə sayda qol vurmaq üçün Ronalduya 554 matç keçirmək lazım gəlib. O, "Yuventus"un heyətində 55 qol vurub. Portuqaliyalı futbolçu "Real"ın heyətində La Liqada 311 dəfə fərqlənib. Ronaldunun aktivində habelə "Mançester Yunayted"in heyətində İngiltərə Premyer Liqasında 84 qol var.

Portuqaliyalı futbolçunun bu göstərici üzrə əsas rəqibi "Barselona"nın hücumçusu Lionel Messidir. Argentinalı futbolçunun aktivində 486 matçda 445 qol var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.