banner
banner

Gündəm

“Reuters” ermənilərin yalanını ifşa etdi: "Vurulan helikopter görüntüləri Azərbaycana aid deyil"

“Reuters” ermənilərin yalanını ifşa etdi:

Sosial şəbəkədə yayılan, vurulan helikopter görüntüləri Azərbaycana aid deyil.

“Report” xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” agentliyi yazıb.

Qeyd olunub ki, “Twitter” və “Facebook”da yayılan video böyük müzakirələrə səbəb olub. Belə ki, hər iki sosial şəbəkədə yayılan videodakı helikopterin Azərbaycana məxsus olduğu iddia olunub.

Agentlik məlumatın saxta olduğunu və həmin görüntülər bu ilin fevralında Suriyanın Nayrab şəhərində qeydə alındığını vurğulayıb.

Xatırladaq ki, iyul döyüşləri zamanı Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke də Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarmışdı.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.