banner
banner

Hərbİ

Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb: sağ qalmaları mümkünsüz sayılır FOTO

Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb:

Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, zərbə "Harop" dağıdıcı dronu vasitəsilə endirilib.

Məlumata görə, bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəliləri olub.

"Zərbənin miqyası bunkerdən kimsənin sağ qurtula bilmədiyini göstərir", - deyə, mənbə əlavə edib.

Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.