banner
banner

Hərbİ

Ermənilər Füzulinin kəndlərini atəşə tutmaqda davam edir, ordumuz ağır cavab verir

Ermənilər Füzulinin kəndlərini atəşə tutmaqda davam edir, ordumuz ağır cavab verir

Cəbhənin Füzuli rayonu istiqamətində vəziyyət gərgin olaraq qalır.

"Yeni Müsavat" Media Qrupunun Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, ermənilər bütün gecəni Füzulinin cəbhəboyu kəndlərini atəşə tutmağa davam edib. Səhər saat 06:00 radələrindən atışma daha da şiddətlənib.

Azərbaycan ordusu ağır artileriyadan düşmən mövqelərini hədəf alıb. Füzuli istiqamətində qızğın döyüşlər gedir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.