Ermənilər Füzulinin Horadiz şəhərini vurmağa başladı- Ordumuz cavab atəşi açır
Cəbhənin Füzuli rayonu istiqamətində vəziyyət gərgin olaraq qalır. Gün ərzində ermənilər davamlı olaraq kəndlərimizi atəşə tutub.
"Yeni Müsavat" Media Qrupunun Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, ermənilər bütün gecəni Füzulinin cəbhəboyu kəndlərini atəşə tutmağa davam ediblər. Səhər saat 06:00 radələrindən atışma daha da şiddətlənib.
Azərbaycan ordusu ağır artilleriyadan düşmən mövqelərini hədəfə alıb. Füzuli istiqamətində qızğın döyüşlər gedir.
Bir neçə saatdır Horadiz şəhəri ermənilər tərəfindən əsas hədəf seçilib. Şəhər davamlı olaraq ağır artilleriya ilə vurulur. Polis əməkdaşları və hərbçilərimiz təhlükəsizlik üçün şəhərə mülki maşınların girişini məhdudlaşdırıblar.
Ordumuz düşmən mövqelərini darmadağın edir.
Xatırladaq ki, dünən də Horadiz şəhəri ermənilər tərəfindən atəşə tutulmuşdu. Düşmənin təxribatı nəticəsində 30 yaşlı mülki şəxs Murad Rüstəmov dünyasını dəyişmiş, 3 nəfər mülki şəxs ağır bədən xəsarətləri almışdı.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.