MN: Aprel döyüşlərinin qəhrəmanı düşmən texnikasını məhv etməkdə davam edir
2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir. Bu barədə CİA.AZ-a Müdafiə Nazirliyindən bildirilib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bugünədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.
Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.