BMT Təhülkəsizlik Şurası Yəmənə qarşı başlanan hərbi əməliyyatlar barədə qərar lahiyəsini qəbul edib. Husilərə qarşı hava əməliyyatları barədə lahiyəni İordaniya BMT Təhlükəsizlik Şurasına təqdim edib. Layihə 14 ölkənin dəstəyi və Rusiyanın bitərəf qalmasıyla qəbul edilib. Sənəddə Husilərin qeyd-şərtsiz olaraq döyüşməyi dayandırmağı, ələ keçirdikləri bölgələrdən çəkilmələri, ələ keçirdiyi hərbi texnikanı, əsirləri, məhbusları və uşaqları dərhal azad ediməsi tələb olunub. Qeyd edək ki, Rusiya tərəfdən iki həftə əvvəl şuraya təqdim olunan sənəddə Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiyanın Yəmənə qarşı hücumlarının dayandırlması istənilmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.