banner
banner

Dünya

Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı

Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı

Danimarkada ölkənin şimalındakı ən azı 63 fermada heyvanlar arasında yoluxma faktının müəyyənləşməsindən sonra 2,5 milyon su samurunun kütləvi məhvinə başlanılıb.

Danimarka Baytarlıq Xidmətinin mütəxəssisləri tərəfindən SARS-CoV-2 virusuna yoluxan su samurlarının məhvinə başlanılıb. Qurumdan bildirilib ki, yoluxma ərazisindən səkkiz kilometr radiusda yerləşən ferma sahibləri özləri heyvanları peyvənd etdirməlidir.

Rəsmilər virusun yoluxma dərəcəsindən asılı olaraq müddətin bir neçə ay davam edə biləcəyini bildiriblər. Su samurlarının məhvi insidentlə müşayiət olunub.

“Associated Press” yerli polis bölməsinə istinadən xəbər verir ki, fermerlərdən biri səlahiyyət sahiblərinin əraziyə daxil olmasına icazə verməyib, buna görə mütəxəssislər qapının kilidini qırmalı olublar.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları iki fermanın ətrafında toplaşan nümayişçiləri dağıdıblar. Mütəxəssislər su samurlarının koronavirusa necə yoluxduqlarını və ölümcül xəstəliyin insanlara yoluxma ehtimalını anlamağa çalışırlar. Bəzi heyvanların virusa yoluxması koronavirus aşkarlanan işçilərdən də ola bilər.//Oxu.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.