banner
banner

Dünya

Klintondan Ukraynaya dəstək

Klintondan Ukraynaya dəstək

Ukrayna hökumətinə daha böyük maliyyə yardımı ayırmalıyıq. Çünki, hazırda onlar qeyri-peşəkar və korrupsion sistemdən dünya qaydalarına uyğun fəaliyyət göstərəcək sistemə keçid etməyə çalışırlar.
Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ prezidentliyinə namizədliyini elan edən Hillari Klinton deyib.
Xanım Hillari Klinton bildirib ki, ABŞ Ukraynaya sərhədlərin müdafiəsində yardım etməlidir:
“Onlara yeni ləvazimatlar verilməlidir, çoxlu birgə təlimlər keçirilməlidir. ABŞ və NATO indiyə qədər bunu o qədər də həvəslə etməyiblər. Mürəkkəb və potensial təhlükə daşıyan situasiyadır. Lakin separatçılara qarşı döyüşən Ukrayna ordusu və sadə ukraynalılar sübut etməlidirlər ki, bizim indiyə qədər göstərdiyimiz yardımlardan daha güclü dəstəyə layiqdirlər”, - deyə Klinton bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.