“Metropark”dan kütləvi zəhərlənmə ilə bağlı- MÜRACİƏT
Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət Mərkəzinin rəhbərliyi kütləvi zəhərlənmə təhlükəsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin meneceri Anar Zeynalov bildirib ki, bir neçə gün öncə ticarət mərkəzində baş verən zəhərlənmə hadisəsi qaz sızması ilə bağlı olmayıb: “Buna səbəb yaxınlıqdakı yaşayış binasının qazanxanası olub. Həmin qazanxananın yeri düzgün nizamlanmayıb, qazanxana işə salınarkən “Metropark” üçün təhlükə yaradır”.
A. Zeynalov qeyd edib ki, aprelin 12-də “MetroPark”da baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, aprelin 12-də “MetroPark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib. Hadisə yerində 30 nəfərə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.