banner
banner

Dünya

Meksika sahillərində 2 ton kokain ələ keçirilib FOTO

Meksika sahillərində 2 ton kokain ələ keçirilib FOTO
Meksika hərbçiləri ölkənin Sakit okean sahilindəki Akapulko şəhərindən 600 km cənub-şərqdə, açıq dənizdə olan gəmidə azı 2 ton kokain aşkar edərək ələ keçirib. “Report” xəbər verir ki, bu barədə ölkənin Dəniz Qüvvələri Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, içərisində kokain olan paketlər 95 çantaya yerləşdirilib. Narkotiklər döyüş gəmisinə qoyularaq Akapulkoya aparılıb və lazımi araşdırma aparılması üçün Qerrero əyalətindəki prokurorlara təslim edilib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.