banner
banner

Sosİal

TƏBİB: Bu gün koronavirusla mübarizə də Qələbəyə, Orduya dəstəkdir

TƏBİB:
“28 sentyabrdan başlayaraq TƏBİB-in xüsusi işçi qrupları daim cəbhə bölgəsindədir”. APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Y. Qarayeva deyib ki, bütün xəstəxanalarda həm Bakıdan ezam olunan, həm də könüllü gedən həkimlər, tibb işçiləri var : “Ən qaynar bölgələrdə TƏBİB-in işçi qrupları var, hərbçilərin təxliyəsi və müalicəsinə köməklik edirlər. Bu vəziyyətdə koronavirus xəstələrinin artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir”. TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün ölkədə kifayət qədər süni tənəffüs aparatları, dərman ehtiyatları var: “Ancaq insan resurslarından söhbət gedirsə, tibb işçiləri xüsusən cəbhə bölgəsində işləmək istəyir. Biz heç bir halda koronavirus xəstələrini köməksiz qoya bilmərik. Bu xəstələr də lazımi tibbi yardım alacaqlar. Bu xəstəliklə mübarizə də bu gün Qələbəyə, Orduya dəstəkdir. Bu gün hər hansı tibb işçisinin yoluxması onun 14 gün işləməməsi deməkdir. Biz bu gün kütləvi tədbirlərdən uzaq durmalı, kütləvi tədbirlərdə iştirak edən zaman maskadan istifadə etməli, məsafəni saxlamalıyıq. Özümüzü qorusaq, tibb işçilərinin də işi artmaz. Bu şəkildə Qələbəmizə dəstək olaq”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.