banner
banner

İdman

A seriyasında 5 oyunda 28 qol vurulub

A seriyasında 5 oyunda 28 qol vurulub

İtaliya A seriyasında IV turun daha 5 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, məhsuldar alınan günün 5 qarşılaşmasında 28 top vurulub.

7 qolun vurulduğu görüşdə “Sassuolo” “Bolonya”nı məğlub edib. Meydan sahibləri iki top üstünlüyü qazansa da, qonaqlar 4:3 hesablı qələbəyə sevinib. “Fiorentina” “Spezia” ilə görüşdə iki erkən qol vursa da, sonda 1 xalla kifayətlənib.

“Parma” hesabı açdığı qarşılaşmada “Udineze”yə uduzub. “Kalyari”ni qonaq edən “Torino” da eyni aqibətlə üzləşib.

“Roma” öz meydanında “Benevento” ilə görüşüb. Qonaqların hesabı açdığı matçda paytaxtın eyniadlı komandası qələbəyə sevinib.

Qeyd edək ki, turun son qarşılaşmaları oktyabrın 19-da baş tutacaq.

İtaliya A seriyası
IV tur
18 oktyabr
“Bolonya” – “Sassuolo” – 3:4
Soriano, 9, Svanberq, 35, Orsolini, 60 – Berardi, 18, Curiçiç, 64, Kaputo, 70, Tomiyasu, 77 (avtoqol)
“Spezia” – “Fiorentina” – 2:2
Verde, 39, Farias, 75 – Pezzella, 2, Biraqi, 4
“Torino” – “Kalyari” – 2:3
Belotti, 4 (pen.), 49 – Pedro, 12, Simeone, 19, 73
“Udineze” – “Parma” – 3:2
Samir, 28, Yakopini, 52 (avtoqol), Pussetto, 89 – Hernani, 26, Karamo, 70
“Roma” – “Benevento” – 5:2
Rodriges, 31, Dzeko, 35, 77, Veretu, 69 (pen.), Peres, 89 – Kaprari, 5, Lapadula, 65

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.